Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Əczaçılıq İstehsalçıları Assosiasiyası və Macarıstanın Azərbaycandakı Səfirliyi tərəfindən birgə təşkil olunmuş Azərbaycan Əczaçılıq Sənayesi üzrə 2-ci Beynəlxalq Konfrans 4 may 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Konfransda sektor üçün bu gün xüsusi əhəmiyyət kəsb edən mövzular, o cümlədən əczaçılıq istehsalının lokallaşdırılması, səhiyyə və əczaçılıq sənayesində rəqəmsallaşdırma və süni intellekt transformasiyası müzakirə edilmişdir. Konfransda Azərbaycan, Macarıstan, Türkiyə, Özbəkistan və Qazaxıstandan olan tanınmış səhiyyə və əczaçılıq sənayesi tərəfdaşları, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Bürosunun müşaviri iştirak etmişlər.