29 sentyabr 2020-ci il tarixində Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Macarıstan Respublikasının Baş Naziri Viktor Orban Türk Şurasının Budapeştdəki Nümayəndəlik Ofisində olublar. Onlar Türk Şurasının Baş katibi Bağdad Amreyev və Nümayəndəlik Ofisinin Baş Direktoru Yanoş Hovari tərəfindən qarşılanmışdır. Tərəflər arasında keçirilmiş görüşlər zamanı Türk Şurasının Baş katibi ali qonaqlara təşkilatın gələcək fəaliyyəti və müxtəlif...
Read MoreHörmətli Ziyarətçi,
Macarıstanın Bakıdakı Səfirliyinin internet saytına xoş gəlmisiniz.
Veb saytımızı ziyarət etdiyiniz üçün fəxr edirik. Macarıstan və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və diplomatik əlaqələrə marağınızdan məmnunuq və sizi maraqlandıran bütün suallarla bağlı sizə kömək etməyə hazırıq.
Macarlar və azərbaycanlıları bir-birinə rəğbət, ortaq mədəni köklər, qohumluq hissləri bağlayır, dövlətlərarası münasibətlər isə Türk Dövlətləri Təşkilatı, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində möhkəm siyasi əlaqələrlə, sıx əməkdaşlıqla səciyyələnir.
Macarıstan Azərbaycanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıdı və 27 aprel 1992-ci ildə diplomatik əlaqələr qurdu. Azərbaycan 2014-cü ildən bizim strateji tərəfdaşımızdır və 2023-cü ildə əməkdaşlığımızı gücləndirilmiş strateji tərəfdaşlığa yüksəltdik.
Veb saytımızda Macarıstan-Azərbaycan münasibətləri ilə bağlı ali təhsil proqramlarına müraciət elanları, ən vacib xəbərləri və məlumatları tapa bilərsiniz və bu məlumatları yeniləmək niyyətindəyik.
Saytımızda xoş brauzing arzu edirik.
Tamaş Torma
Səfir
