Türk Dövlətlərinin Təşkilatının Quraqlıqla Mübarizə İnstitutunun Bakıya təqdimat turu

Türk Dövlətlərinin Təşkilatının Quraqlıqla Mübarizə İnstitutunun (QMI) Yol Sərgisinin açılış mərhələsi olaraq, Türk Dövlətlərinin Paytaxtlarında keçirilən təqdimat turunun (Road Show) ilk mərhələsi çərçivəsində, Türk Dövlətlərinin Təşkilatının Macarıstandakı Nümayəndəliyinin rəhbəri 31 mart - 1 aprel tarixlərində Bakıda səfərdə olublar.

Türk Dövlətlərinin Təşkilatının Quraqlıqla Mübarizə İnstitutunun (QMI) Yol Sərgisinin açılış mərhələsi olaraq, Türk Dövlətlərinin Paytaxtlarında keçirilən təqdimat turunun (Road Show) ilk mərhələsi çərçivəsində, Türk Dövlətlərinin Təşkilatının Macarıstandakı Nümayəndəliyinin rəhbəri, səfir Balaj Hendrix layihə direktoru Dr. Laslo Örlöş 31 mart - 1 aprel tarixlərində Bakıda səfərdə olublar. Səfərin məqsədi QMI-nin strateji hədəflərini və fəaliyyətlərini Azərbaycanın dövlət qurumlarına təqdim etmək, eləcə də akademik və özəl sektor nümayəndələri ilə layihə təklifləri ətrafında fikir mübadiləsi aparmaqdan ibarət olmuşdur. 

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma və Balaj Hendrix İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Səhiyyə naziri Teymur Musayev və Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov ilə ətraflı və konstruktiv müzakirələr aparıblar.

QMİ (https://dpiots.org/) Macarıstan hökuməti və TDT birgə təşəbbüsü ilə Budapeştdə təsis edilmişdir. İnstitutun məqsədi çoxtərəfli inkişaf layihələrini müəyyən etmək və həyata keçirmək, həmçinin bütün Türk regionunda davamlı inkişaf və quraqlığa qarşı dayanıqlılıq prosesində katalizator rolunu oynamaqdır.

Drought Prevention Institute regional roadshow in Baku

Drought Prevention Institute regional roadshow in Baku

Drought Prevention Institute had its regional roadshow from 31 March to 1 April in Baku.

Alboma baxım