STUDENT FAQ

Tələbə vizası üçün tez tez verilən suallar

1. Mən hələ dərəcəmi/diplomumu almamışam. Tələbə vizası üçün müraciət edə bilərəmmi?

Bəli, əgər Macarıstandakı universitetdən qəbul məktubu almısınızsa.

2. Mən hələ akademik sertifikatımı (attestat) almamışam. Tələbə vizası üçün müraciət edə bilərəmmi?

Bəli, əgər Macarıstandakı universitetdən qəbul məktubu almısınızsa. Həmçinin hazırkı təhsil müəssisənizdən attestatı sonradan alacağınızı təsdiqləyən  arayış da əlavə edə bilərsiniz, lakin bu məcburi deyil.

3. Valideynlərimin bank çıxarışlarından yalnız birini əlavə etsəm kifayətdirmi, yoxsa hər iki valideynimin bank sənədlərini əlavə etməliyəm?

Valideynlərinizin bank çıxarışlarından biri kifayətdir, lakin əlinizdə olan əlavə maliyyə vəsaitlərini göstərmək istəyirsinizsə, hər iki valideyninizin bank sənədlərini təqdim edə bilərsiniz.

4. Təqdim etdiyim bank hesabında nə qədər məbləğ olmalıdır?

Sizə dəqiq məbləğ bildirə bilmərik, lakin bank hesabı Macarıstanda qaldığınız müddətdə təhsilinizi, yaşayış yerinizi və digər xərclərinizi ödəmək üçün kifayət qədər maliyyə vəsaitinizin olduğunu göstərməlidir.

Nəzərinizə çatdırırıq ki, bank hesabı sizin və ya valideynlərinizin adına olmalıdır.

5. Valideynlərim təhsilimi maddi cəhətdən dəstəkləyə bilmirsə, valideynlərimdən başqa kimsə mənim sponsorum ola bilər?

Yalnız müstəsna hallarda (məsələn, valideynləriniz vəfat edib və ya müəyyən səbəblərə görə əlçatmazdır).

6. Sənədlərimin hər hansı birinə apostil qoyulmalıdırmı?

Xeyr, tələbə vizası üçün sənədlərinizə apostil qoyulması məcburi deyil.

7. Uzun illər Azərbaycandan başqa bir ölkədə təhsil almışam. Macarıstana tələbə vizası üçün müraciət edərkən əvvəlki təhsil aldığım ölkədən məhkumluq haqqında arayışı  təqdim etməliyəmmi?

Bu məcburi deyil.