Açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əmina Məlikova, Macarıstanın səfiri cənab Tamaş Torma və Hökumət komissarı cənab Peter Hoppal çıxış etmişlər. Juja Perelinin sənət əsərləri insan və təbiət, kainat, zaman, xatirələr və əbədiyyət arasındakı əlaqəyə dair güclü mesajlar ötürür. Sərgi Macarıstan və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.
Sərgi fevralın 28-dək davam edəcək.
Macarıstan Səfirliyi Azərbaycan Milli Xalça Muzeyinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Macarıstanın Hökumət komissarına, Kovaç Qabor İncəsənət Fonduna və Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyinə dərin minnətdarlığını bildirir.