7 iyul 2026-cı il tarixində Antal Qabor Triosu festivalda uğurla çıxış edərək, onların sonuncu “Shards of Peace” (“Sülh qırıntıları”) albomundan kompozisiyaları təqdim etdi. Müasir caz, fyujn, klassik musiqi elementləri və improvizasiyanın özünəməxsus sintezi festivalın tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılandı və festivalın əsasını təşkil edən bədii dialoq ruhunu mükəmməl şəkildə əks etdirdi.
Bu konsert Macarıstan və Azərbaycan arasındakı mədəni əlaqələrə növbəti dəyərli töhfə olmaqla yanaşı, musiqinin xalqları və mədəniyyətləri bir-birinə yaxınlaşdıran universal bir dil olduğunu bir daha nümayiş etdirdi.
Antal Qabor, Dyördy Sentqallay və Sabolç Varqanı səmimi qəlbdən təbrik edir, onlara beynəlxalq səhnədə uğurlarının davamını arzulayırıq.