Macarıstan biznes nümayəndə heyəti

Macarıstan biznes nümayəndə heyəti 4-6 mart tarixlərində Azərbaycanın rəqəmsallaşma və süni intellekt transformasiyası hədəflərinə töhfə vermək üçün əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Azərbaycana səfər etmişdir

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin NEXT-KPI Proqramı çərçivəsində proqram təminatının işlənilməsi (MPS Digital Plc., Login Autonom Ltd.) və mühəndislik (ECON Engineering Ltd.) sahələrində fəaliyyət göstərən şirkətlərdən ibarət Macarıstan biznes nümayəndə heyəti 4-6 mart tarixlərində Azərbaycanın rəqəmsallaşma və süni intellekt transformasiyası hədəflərinə töhfə vermək üçün əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Azərbaycana səfər etmişdir.

Nümayəndə heyəti Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Zati-aliləri Vahid Hacıyev, İqtisadiyyat nazirinin müavini Zati-aliləri Səməd Bəşirli, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Baş İcraçı Direktoru cənab Fərid Osmanov, eləcə də SOCAR Green, Agrodairy, Pasha Financial Holding, Scandens Pharmaceutical Industries, Bravo, Pasha Technolgy, Absheron Hotel Group, Pasha Bank şirkətlərinin və SOCAR-ın Neft və Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun rəhbərliyi və nümayəndələri ilə səmərəli görüşlər keçirmişdir.

Hungarian business delegation in Baku

Hungarian business delegation in Baku

Hungarian business delegation visited Baku.

Alboma baxım