Gömböc 1918 ianəsi

2025-ci il dekabrın 12-də səfir Tamaş Torma ADA Universitetinin prorektoru Fariz İsmayılzadəyə 1918 seriya nömrəli unikal Gömboc modelini təqdim etmişdir.

Otto Albrecht tərəfindən təsis edilmiş “Gömböc ianə proqramı” çərçivəsində bu xüsusi fiqurlar dünyanın ən nüfuzlu universitetlərində və kolleksiyalarında daimi eksponat kimi nümayiş etdirilir. Yalnız bir sabit və bir qeyri-sabit tarazlıq nöqtəsinə malik olan bu homogen cisim 2007-ci ildə Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin tədqiqatçıları – Qabor Domokoş və Peter Varkonyi tərəfindən ixtira edilmişdir.

ADA Universiteti üçün xüsusi olaraq hazırlanmış bu Gömboc modeli, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilə ehtiram əlaməti olaraq 1918 seriya nömrəsi ilə markalanmışdır.

Gallery