16 Avqust 2021-ci ildə Macarıstanın Bakıdakı Səfirliyi Şengen vizası üçün müraciətlərin qəbuluna və viza verilməsinə, Macarıstan, müstəsna olaraq, yeganə və ya əsas təyinat ölkəsi olan hallarda bərpa edəcək.
Viza üçün müraciət etmək üçün tələb olunan sənədlər Macarıstan Səfirliyinin saytında xüsusi şərtlərlə təqdgöstərilir. Bu şərtlərə əsasən, ərizəçi Macarıstana daxil olmaq və qalmaq məqsədilə ödənişli səyahət bileti və yaşayış yeri təqdim etməlidir.
Macarıstan əsas təyinat ölkəsi olmadığı təqdirdə, ərizəçi ziyarət etmək niyyətində olduğu halda, üçüncü ölkənin xarici nümayəndəliyindən giriş qaydaları və şərtləri haqqında məlumatı almalıdır, çünki bu ölkəyə daxil olarkan Şengen vizası müstəsna tələb kimi olmaya bilər. Üçüncü bir ölkəyə daxil olarkən şərtləri öyrənmək ərizəçinin məsuliyyətidir və onunla bağlı hərəkətsizliyin nəticəsində yaranan hər hansı bir maddi ziyana görə ərizəçi özü məsuliyyət daşıyır.
Macarıstana giriş halında, etibarlı vizanın olunması ilə əlavə olaraq, Macarıstana giriş tarixindən 72 saatdan tez olmayaraq ingilis və ya macar dilində verilən mənfi PCR testinin tələb olunduğunu nəzərə almaq lazımdır.
Schengen vizalar haqqında daha ətraflı məlumat almaq üçün Macarıstan Səfirlyinin web saytını və ya BLS International MMC - ni ziyarət edə bilərsiniz.