UŞAQLAR ÜÇÜN ŞENGEN VIZASININ RƏSMILƏŞDIRILMƏSI  MƏQSƏDİLƏ TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI 18 YAŞINADƏK)

Prosedur

  • Böyüklər kimi, uşaqlar üçün də ayrı vaxt götürülməlidir
  • Viza üçün ərizə forması - səfər tarixləri dəqiq göstərilməklə tam və aydın doldurulmalıdır.
  • Son 3 ayda, ağ fonda çəkdirilmiş 3,5 x 4,5 ölçüsündə 1 ədəd rəngli şəkil tələb olunur. Şəkil ərizənin üzərinə yapışdırılmalıdır.
  • Digər bütün müvafiq sənədlər uşağın ərizə forması ilə birgə təqdim olunmalıdır.
  • 12 yaşına çatmamış uşaqların Macarıstan Səfirliyinin Konsulluq Şöbəsinə gətirilməsinə ehtiyac yoxdur, çünki onlardan barmaq izləri götürülmür (lakin onlar üçün ayrı vaxt götürülməlidir, çünki ərizəyə baxılması vaxt tələb edir);
  • 12 yaşına çatmamış uşaqlar üçün viza rüsumu pulsuzdur, lakin 12 yaşından yuxarı uşaqlar üçün viza rüsumu – 35 avro təşkil edir.

Sənədlərin siyahısı:

  • Uşağın valideynlərindən biri ilə getdiyi halda, digərindən rəsmi formada  etibarnamə (icazə) təqdim olunmalıdır. Uşağın valideynlərindən birinin yoxluğuna (boşanma, ölüm və s.) görə yuxarıda qeyd olunan sənədin olmadığı halda, digər müvafiq sənəd təqdim olunmalıdır. Təqdim olunan sənəd notariusda ingilis dilinə tərcümə və təsdiq olunmalıdır. Bundan əlavə, valideynlərdən təqdim olunan etibarnamə (icazə) sənədinə, valideynlərin şəxsiyyət vəsiqəsinin surəti də əlavə olunmalıdır;
  • Məktəbdə təhsil alan uşaqlar üçün məktəbdən ingilis dilində (və ya notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş) səfirliyə ünvanlanmış arayış (məktəbin adı, ünvanı və əlaqə məlumatları, səlahiyyətli şəxsin imza və möhürü olmalıdır) təqdim olunmalıdır;
  • Uşağın doğum haqqında şəhadətnaməsi ingilis dilində (və ya notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş) təqdim olunmalıdır;
  • Uşağın səyahət zamanı bütün xərclərinin valideynləri və ya qanuni himayədarı tərəfindən ödənilməsini və bunun üçün vacib olan maddi vəsaitini təsdiq edən sənədlər bunlardır: son bir ayda verilmiş iş yerindən arayışın və bankdan arayış və çıxarışın (son 3-6 ay) surətləri, həmçinin şəxsiyyət vəsiqə(lər)in surəti əlavə olunmalıdır. Uşağın valideynlərindən biri ilə səyahət etdiyi halda, digərinin iş yerindən arayışın sənədlərə əlavə ölunması tövsiyyə olunur.

Aşağıdakı sənədlərin surəti mütləqdir:

1. xarici pasport (ərizəçi haqqında məlumat və onun imzası olan səhifə(lər) və son üç 3 ildə şengen vizaların surətləri, əgər varsa;

2. şəxsiyyət vəsiqəsi;

3. səyahət sığortası;

4. təyyarə bileti və otelin bronları;

5. doğum haqqında şəhadətnamənin surəti, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş.

6. valideynlərin və ya uşağın qanuni öhdəyə götürən (etibarnamə verilən) şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

7. dəvət məktubu və digər müvafiq sənədlərin olduğu halda, onların da surətlərini əlavə etmək lazımdır.

Bütün sənədlərin sürəti A4 variantında olmalıdır.

Uşaqlar üçün bütün sənədlər ərizə ilə birlikdə ayrı yığılmalıdır.

Konsul həmçinin əlavə sənədlər tələb edə bilər.

Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı halda, Azərbaycan Respublikasının ərazisində qanuni yaşayış icazəsi olmalıdır. Ərizəçi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayış üçün icazə haqqında sənəd təqdim edirsə, o zaman sənədin bitmə müddətinə Şengen ərazisindən qayıdış tarixindən başlayaraq minimum 3 ay qalmalıdır.