14 dekabr 2019-cu il tarixindən etibarən tətbiq ediləcək yeni qaydalarda yükün məcburi nəzarəti və az miqdarda (hətta istehlak həcmində) idxal olunan bitki və bitki məhsullarının daşınması halında daha sərt sanksiyalar tətbiq olunur. Bu o deməkdir ki, əksər bitkilər üçün hətta bir məhsulun Azərbaycandan Aİ-nın üzv dövlətlərinə daşınması həmin bitkinin sağlamlıq haqqında şəhadətnaməsi olduğu halında həyata keçirilə bilər.
Avropa İttifaqına fitosanitar sertifikatı olmadan yalnız beş növ meyvə (ananas, banan, xurma, durian və hindistan cevizi) daxil ola bilər.