Dyula Bentsur uşaqlar üçün sənət əsəri müsabiqəsi
Macarıstan ənənəvi rəngkarlıq janrlarında

Tanınmış macar rəssamı Dyula Bentsurun 100 illiyini qeyd edərək, Macarıstan Səfirliyi Nargiz Art Studio iləbirgə əməkdaşlığı və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Nərgis” jurnalı və“Libraff” kitab satış magazaların şəbəkəsinin dəstəyi çərçivəsində 6-17 yaş arasında olan Azərbaycan uşaqları üçün rəsm müsabiqəsini elan edir. Müsabiqənin məqsədi gənc nəslin marağını və yaradıcılığını təsviri sənətə yönəltməkdir. Bizim məqsədimiz pandemiyanın bu çətin dövründə Azərbaycan uşaqlarını etibarlı və faydalı fəaliyyətə həvəsləndirmək və gənc azərbaycanlılar arasında Dyula Bentsurun istedadlı davamçılarını tapmaqdır.

 

 

İştirak şərtləri

Bütün sənət əsərlərində Macarıstan haqqında tarixi bir bina, Macarıstan endemik heyvanı, coğrafi bir yer, məşhur bir şəxs, macar nağılı kimi bir element olmalıdır.
Sənət əsəri hər hansı ənənəvi rəngkarlıq janrında edilə bilər.
Fotoşəkillər, heykəllər və rəqəmsal rəsmlər və ya digər rəqəmsal şəkildə yaradılan sənət əsərləri iştirak üçün uyğun deyildir.
Rəsm siziin öz orijinal işiniz və Macarıstanla bağlılığı barədə qısa təsviri ilə olmalıdır.

YAŞ KATEGORİYALARI
Ən yaxşı 5 sənət əsəri aşağıdakı yaş kateqoriyasında qiymətləndiriləcək:
• 14-17 yaş
• 10 - 13 yaş
• 10 yaşdan aşağı
Hər sənət əsəri valideyn və ya qanuni bir nümayəndə vasitəsi ilə təqdim olunmalıdır.

MÜKAFATLAR

Bütün qaliblərə Macarıstan Səfirliyi tərəfindən verilən sertifikat və təşkilatçılar tərəfindən təqdim olunan mükafatlar veriləcəkdir.
Bütün mükafatlandırılan şəkillər Macarıstanın Bakıdakı Səfirliyi tərəfindən təşkil olunan sərgidə iştirak edəcəkdir.

İŞTİRAK HAQQI

Müsabiqədə iştirak pulsuzdur.

MÜRACİƏT

Müsabiqə sentyabrın 5-də bağlanır. İştirakçılar sənət işləri haqqında 1200x800 ölçüsündən az olmayaraq 3 şəkil aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər: sh5photocompetition@gmail.com; naraazizova@yahoo.com;

Təsdiq cavab bütün iştirakçılar üçün göndəriləcək.
Səfirliyimizin Facebook səhifəsi vasitəsilə münsiflər heyəti qalibləri seçəcək və burada da qaliblər elan olunacaq. Qaliblər sentyabrın 13-dək elan ediləcəkdir.
Qaliblər elan olunduqdan sonra şəkillərini sentyabrın 25-dək Macarıstan Səfirliyinə göndərməlidirlər (Bakı, İçərişəhər, 1004, Mirzə Mənsur küç. 72).

Digər şərtlər:

Müsabiqə Azərbaycandan 6-17 yaş arası hər bir uşaq üçün açıqdır.

Bütün müsabiqə iştirakçıları razılaşırlar ki, müsabiqəyə təqdim olunan bütün şəkillər Müsabiqəni və Sərgini tanıtmaq və reklam etmək üçün istifadə oluna bilər.

Bütün qaliblər müvafiq təşviq tədbirlərində iştirak etməyə və ödənişsiz olaraq adların, eyni zamanda qalib olmuş şəkillərin Müsabiqənin və Sərginin təşviqi və reklam edilməsi məqsədilə istifadə olunmasına razılıq verirlər.

Sərgi zamanı və ondan sonra müəllif hüquqları rəssama məxsus olaraq qalır.

Bütün təqdim edilmiş sənət işləri qaliblər barədə qərar verəcək münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

Münsiflər siyahısı:

Macarıstan Səfiri Zati-aliləri Viktor Sederkenyi;
Azərbaycan Respublikasının Səfiri Zati-aliləri Vilayət Quliyev;
"Azərbaycanın əməkdar artisti" xanım Əsmər Nərimanbəyova;
Nərgiz Art Studiyasının yaradıcısı xanım Nərgiz Quliyeva;
Macarıstan Respublikası İncəsənət Fondunun və Macar İncə və Tətbiqi Rəssamlar Birliyinin üzvü xanım Ester Kneys.