Macarıstan Hökuməti 2018/2019 tədris ili üçün Stipendium Hungaricum adlı təqaüd proqramına başlamışdır hansı ki, bu Proqram çərçivəsində 200 nəfər azərbaycanlı Macarıstanda təhsil ala bilər.

Təqaüd aşağıdakı müddəaları əhatə edəcəkdir: təhsil haqlarından azadolma, müvafiq Macarıstan qanunvericiliyinə uyğun olaraq aylıq təqaüd, yataqxana və ya HUF 40,000 məbləğində təqaüd dövrü ərzində yaşayışı ödəmək üçün aylıq abunə haqqı və tibbi müalicə xidməti, müvafiq Macarıstan qanunvericiliyinə və əlavə tibbi sığortalara uyğun olaraq.

Ərizəçilər yalnız 16 fevral 2018-ci il saat 12.00-a qədər qeyd olunan veb saytına онлайн müraciət edə bilərlər: https://apply.stipendiumhungaricum.hu/.

Qeyd edək ki, proqramda yalnız Səlahiyyətli Göndərən Tərəf qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ərizələri təsdiq olunmuş tələbələr və ya ərizəçilər iştirak edə bilərlər (http://edu.gov.az/upload/file/ELAN/2018/01/macaristanda-tehsil.pdf) . Ərizəçi 31 avqust 2000-ci ildən sonra doğulan ərizəçilərin ərizələrinə baxılmayacaq.(yəni 31 avqust 2018-ci il tarixində 18 yaşına çatmamış ərizəçilər) rəqs təlim proqramı üçün müraciət edən namizədlər istisna olmaqla.

Ərizəçilər aşağıda göstərilən internet saytlarında proses, müddət və tələb olunan sənədlər haqqında ətraflı məlumat tapa bilərlər: http://www.studyinhungary.hu/study-in-hungary/menu/stipendium-hungaricum-scholarship-programme  və

http://studyinhungary.hu/study-in-hungary/menu/find-a-study-programme/study-finder.html.

Ərizəçilərin diqqətinə çatdırmaq istərdik ki, ərizələr yalnız internet saytında onlayn qəbul ediləcək : https://apply.stipendiumhungaricum.hu/