Martın 17-də "Bakıda Macarıstan günləri" çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Zati-aliləri Mehriban xanım Əliyevanın iştirakı ilə Heydər Əliyev Mərkəzində böyük macar rəssamın Ferents Ayzenhutun əsərlərindən ibarət olan sərginin açılışı olub. Açılış mərasimindən sonra Macarıstanın Dövlət Xalq Ansamblı çoxsaylı dəvət olunmuş insanlar üçün qala-konsert təqdim etdilər.