Macarıstan səfirliyi tələbələrin nəzərinə Macarıstan Hökumətinin 2019/2020 tədris ili üçün Stipendium Hungaricum adlı təqaüd proqramının start verməsini çatdırmaq istəyir. Bu proqram çərçivəsində Azərbaycandan 200 tələbə Macarıstanda təhsil ala bilər.

Təqaüd aşağıdakı müddəaları əhatə edəcəkdir: təhsil haqlarından azadolma, müvafiq Macarıstan qanunvericiliyinə uyğun olaraq aylıq təqaüd, yataqxana və ya HUF 40,000 məbləğində təqaüd dövrü ərzində yaşayışı ödəmək üçün aylıq abunə haqqı və tibbi müalicə xidməti, müvafiq Macarıstan qanunvericiliyinə və əlavə tibbi sığortalara uyğun olaraq.

Ərizəçilər 15 yanvar 2019-ci ilə qədər yalnız qeyd olunan veb saytda onlayn müraciət edə bilərlər: https://apply.stipendiumhungaricum.hu/.

 

Qeyd edək ki, proqramda yalnız Səlahiyyətli Göndərən Tərəf qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ərizələri təsdiq olunmuş tələbələr və ya ərizəçilər iştirak edə bilərlər. Beləliklə, ərizəçilər eyni zamanda Nazirliyə də onlayn şəkildə ərizələrini göndərməlidirlər (https://edu.gov.az/upload/file/ELAN/2018/11/teqaud-proqrami-macaristan.pdf, https://www.app.htp.edu.az/).

31 avqust 2001-ci ildən sonra doğulan ərizəçilərin ərizələrinə baxılmayacaq (yəni 31 avqust 2019-ci il tarixində 18 yaşına çatmamış ərizəçilər), rəqs təlim proqramı üçün müraciət edən namizədlər istisnadır.

Ərizəçilər aşağıda göstərilən internet səhifəsində proses, müddət və tələb olunan sənədlər haqqında ətraflı məlumat tapa bilərlər: http://studyinhungary.hu/study-in-hungary/menu/stipendium-hungaricum-scholarship-programme/call-for-applications-2019-2020.html.

Ərizəçilərin diqqətinə çatdırmaq istərdik ki, yalnız göstərilən internet saytında onlayn müraciət edilən ərizələr qəbul ediləcək : https://apply.stipendiumhungaricum.hu/