Macarıstan səfirliyi tələbələrin nəzərinə Macarıstan Hökumətinin 2020/2021 tədris ili üçün Stipendium Hungaricum adlı təqaüd proqramının start verməsini çatdırmaq istəyir. Bu proqram çərçivəsində Azərbaycandan 200 tələbə Macarıstanda təhsil ala bilər.

Təqaüd aşağıdakı müddəaları əhatə edəcəkdir: təhsil haqlarından azadolma, müvafiq Macarıstan qanunvericiliyinə uyğun olaraq aylıq təqaüd, yataqxana və ya HUF 40,000 məbləğində təqaüd dövrü ərzində yaşayışı ödəmək üçün aylıq abunə haqqı və tibbi müalicə xidməti, müvafiq Macarıstan qanunvericiliyinə və əlavə tibbi sığortalara uyğun olaraq.

Ərizəçilər 15 yanvar 2020-ci ilə qədər yalnız qeyd olunan veb saytda onlayn müraciət edə bilərlər: https://apply.stipendiumhungaricum.hu/.

Bu ilki müraciətlər üçün dörd əsas dəyişikliklər aşağıdakılardır:

- Doktorantura proqramının müxtəlif şərt və tələbləri səbəbindən iki fərqli müraciət elani veriləcəkdir.

- Doktorantura proqramlarına müraciət edənlər bakalavr, magistr, bir pilləli magistr və qeyri-dərəcə proqramlarına müraciət edə bilməzlər.

- Doktorantura proqramına müraciət edən bütün tələbələrin qəbul edən universitetdə elmi rəhbərləri olmalıdır. Elmi rəhbər tərəfindən verilmiş qəbul haqqında sənəd müraciətə əlavə olunmalıdır.

- Tədrisin birinci ilində doktorant olmayan tələbələrdən qəbul edən universitetin təklif etdiyi „macar dili xarici dil kimi” kursuna qatılması və ikinci semestrin sonunda imtahan verməsi tələb olunur (macar dilində təqaüdlə təhsil alanlardan istisna olmaqla).

Qeyd edək ki, proqramda yalnız Səlahiyyətli Göndərən Tərəf qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ərizələri təsdiq olunmuş tələbələr və ya ərizəçilər iştirak edə bilərlər. Beləliklə, ərizəçilər eyni zamanda Nazirliyə də onlayn şəkildə ərizələrini göndərməlidirlər (http://edu.gov.az/upload/file/ELAN/2019/11/elan-macaritstanda-tehsil-proqrami.pdf).

31 avqust 2002-ci ildən sonra doğulan ərizəçilərin ərizələrinə baxılmayacaq (yəni 31 avqust 2020-ci il tarixində 18 yaşına çatmamış ərizəçilər), rəqs təlim proqramı üçün müraciət edən namizədlər istisnadır.

Ərizəçilər aşağıda göstərilən internet səhifəsində proses, müddət və tələb olunan sənədlər haqqında ətraflı məlumat tapa bilərlər ( 2020-2021 bakalavr, magistr, bir pilləli magistr və qeyri dərəcə proqramlar):

http://studyinhungary.hu/study-in-hungary/menu/stipendium-hungaricum-scholarship-programme/apply-for-a-stipendium-hungaricum-scholarship/call-for-applications-2020-2021.html.

Doktorantura proqramları üçün müraciətlər: http://studyinhungary.hu/study-in-hungary/menu/stipendium-hungaricum-scholarship-programme/apply-for-a-stipendium-hungaricum-scholarship/call-for-applications-for-doctoral-programmes-2020-2021.html.

Ərizəçilərin diqqətinə çatdırmaq istərdik ki, yalnız göstərilən internet saytında onlayn müraciət edilən ərizələr qəbul ediləcək : https://apply.stipendiumhungaricum.hu/