Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə keçən il olduğu kimi, bu il də Azərbaycanlı tələbələr üçün təqaüd proqramına başlayır. Proqram zamanı təqaüdlər İngiliscə üç magistr kursu üçün təklif ediləcək; Ərzaq Təhlükəsizliyi və Keyfiyyət mühəndisliyi, Bağçılıq Mühəndisliyi, Heyvanların qidalanması və yem təhlükəsizliyi. Müraciətlər üçün son tarix 28 Fevral 2020 ci ildir. Təqaüd, müraciət və təhsil müddətində əsas kitablar və qeydlər, yataqxana, yaşayış xərcləri və tibbi sığorta ilə birlikdə təhsil xərclərini əhatə edəcək.
Daha çox məlumat üçün qeyd edilən linkə daxil ola bilərsiniz: http://www.fao.org/europe/news/detail-news/en/c/1257432/