Vizanın təyin olunmasından 5 iş günü əvvəl elektron poçt vasitəsilə skan edilmiş bütün sənədləri (viza müraciəti forması daxil olmaqla) təqdim etməlisiniz.

Skan edilmiş sənəd qaydaları:

  • Skan edilmiş sənədlər tələb olunan kağız nüsxələrə uyğun olmalıdır;
  • Skan edilmiş sənədlər pdf formatında olmalıdır;
  • Bütün sənədlər ayrı-ayrı fayllarda bir-bir skan edilməlidir (Ərizə forması və Appendix həmçinin ayrıca skan olunmalıdır!);
  • Birləşdirilmiş bütün faylların ümumi ölçüsü 8 MB-dən çox olmamalıdır;
  • Ərizəçilər sənədlərin heç bir hissəsinin və səhifələrinin olmamasını və şəkillərin / mətnin aydın / oxunaqlı olmasını təmin etməlidirlər;
  • Sənədlər consular.bku@mfa.gov.hu ​​elektron poçt ünvanına göndərilməlidir
  • Elektron poçtun mövzusunda viza təyin edildiyi tarix və ərizəçinin adı olmalıdır (məs .: 30.09.2020 - Üzeyir Hacıbəyli)
  • Vaxtında alınmayan, oxunmayan və ya tamamlanmamış sənədlərin geri göndərilməsi və müraciət prosesinin ləngiməsi ilə nəticələnə bilərr;

Konsulluğun elektron poçtuna (consular.bku@mfa.gov.hu) bir mesaj göndərməklə konsulluq xidmətləri üçün müraciət edə bilərsiniz. Müraciət edərkən məlumatlarınızı və pasport nömrənizi yazmalısınız.

Bütün hallarda, viza üçün müraciət edənlər bilməlidirlər: müştərinin vəzifəsi və məsuliyyəti Macarıstana səyahət üçün müvafiq qaydaları, tranzit və üçüncü ölkələrə giriş şərtlərini bilməkdir.


Macarıstan konsulluğunda ərizəçilərin qəbul edərkən qüvvədə olan sanitar qaydalar:

- Ərizəçi zonalarında yalnız o qədər müştəri iştirak edə bilər ki, gözləyən müştərilər arasında ən azı 1,5 m məsafəni saxlamaq mümkün olsun;

- Ərizəçilər üçün qəbul sahəsinə daxil olduqdan sonra əl təmizləyicisindən istifadə məcburidir;

- Ərizəçilər qəbul sahəsinə yalnız maska ilə ​​daxil ola bilərlər;

- Ərizəçilərə maska ​​ konsulluq tərəfindən  təqdim olunmamalıdır. Ərizəçinin maskası yoxdursa, giriş qadağandır və ondan yeni qəbul tarixi tələb olunacaq;

- Barmaq izlərini götürməzdən əvvəl ərizəçilər hər zaman əllərini konsulluğun təqdim etdiyi sanitariya vasitəsi ilə təmizləməlidirlər;

- Biometrik cihazın barmaq izi oxuyucusunun səthi hər istifadədən əvvəl konsulluq işçiləri tərəfindən dezinfeksiya edilir;


MÜLKÜN ALINMASI MƏQSƏDLİ UZUNMÜDDƏTLİ (D) ŞENGEN VIZASININ RƏSMILƏŞDIRILMƏSI  ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI

1) Xarici pasport:    

 - pasportun bitmə müddəti Şengen ərazisini tərk etdikdən sonra ən azı 3 ay etibarlı olmalıdır;

 - pasport son on il ərzində verilməlidir;

 - pasportda ən azı iki boş səhifə olmalıdır;

2) Viza üçün ərizə forması:

- Viza üçün ərizə forması - tam və aydın doldurulmalı, səfər tarixləri dəqiq göstərilməklə ərizəçi tərəfindən  şəxsən  imzalanaraq təqdim olunmalıdır. Ərizə forması üçün zəhmət olmasa File 1File 2 düyməsinə basın. Əlavə məlumat üçün bura daxil ola bilərsiniz: http://www.bmbah.hu.

3) Şəkil:

- Son 6 ayda, ağ fonda çəkdirilmiş 3,5 x 4,5 ölçüsündə 2 ədəd rəngli şəkil tələb olunur. 1 şəkil ərizənin üzərinə yapışdırılmalıdır, digəri isə sənədlərə əlavə olunmalıdır.

4) Tibbi sığorta:

- Əgər ərizəçi işəgötürən tərəfindən tərəfindən tibbi sığorta ilə təmin olunursa və ya bir illik Macarıstan tibbi siğortası varsa, o zaman həmin sənədi və ya işəgötürən tərəfindən təqdim olunan dəvət məktubunda bu haqda məlumat qeyd olunmalıdır. Həmin sığortanın qüvvəyə mindiyi tarix ərizəçinin planlaşdırdığı gediş tarixindən gec olmadığı halda, viza müraciəti üçün bu yetərlidir. Lakin, bu məlumatın olmadığı və ya yuxarıda qeyd olunan sığortanın qüvvəyə minmə tarixi planlaşdırılan gediş tarixindən gec olduğu halda, Şengen sazişinin bütün üzv ölkələri ərazisində etibarlı olmaq şərti ilə tibbi məqsədlər üçün bütün xərcləri, o cümlədən vətənə göndərməni əhatə edən və 30.000 avrodan aşağı olmayan 30 günlük səyahət sığortası (sığorta Şengen Sazişi üzv ölkələrinin ərazisində planlaşdırılan gediş tarixindən qüvvədə olmalıdır) təqdim olunmalıdır;

5) Mülkün alınması məqsədli səfər üçün aşağıdakı sənədlər tələb olunur:

- Mülk haqqında son bir ay ərzində verilən əmlak kağızı (kupça) təqdim olunmalıdır.

6) Maddi təminatı təsdiq etmək üçün aşağıdakı sənədlər tələb olunur:

- Əgər şəxs işləyirsə - iş yerindən arayışın orijinalı: işçinin maaşı, işəgötürənin VÖEN, möhür, imzası, ünvanı və əlaqə məlumatının yazılması şərti ilə; arayış notariusda ingilis dilinə tərcümə və təsdiq olunmalıdır (orijinalı ingilis dilində təqdim etmək olar, möhür və imza ilə), və əmək haqqı göstərilməklə elektron hokümət portalından iş yerindən arayış (www.e-gov.az); - Fərdi sahibkarlar üçün – qeydiyyat haqqında şəhadətnamə (VÖEN), notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş, və son 6 ayın vergi ödəməsi haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyindən arayış;

- Fərdi özəl müəssisə üçün – reyestr haqqında çıxarış, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş;

- Şəxs təqaüdçü (pensioner) olduğu halda – Əhalinin Dövlət Sosial Müdafiə Fondundan  təqaüdün məbləği  haqqında  arayış  (notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş);

- Əgər şəxs tələbədirsə - təhsil aldığı yerdən arayış: arayışın səfirliyə təqdim edilməsi, təhsil müəssisəsinin ünvanı və əlaqə məlumatı, məsul şəxsin imzası və möhürü qeyd olunmalıdır; notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş və ya belə bir arayışı almaq mümkün olmadıqda (bayram və tətil günləri ilə bağlı) tələbə biletinin surəti notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş;

Tələbələrin şəxsi gəlirinin olmaması səbəbindən, valideynlərdən biri səyahət  müddətində  xərcləri öz üzərinə götürməsi haqqında, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş öhdəlik məktubu təqdim etməlidir.  Bundan əlavə, həımin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən və bankdan arayışı məktuba əlavə olunaraq təqdim olunmalıdır. Qohumluluq əlaqəsini təsdiq edən sənəd: tələbənin doğum haqqında şəhadətnaməsinin surəti, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş.

 - Bütün kateqoriyalara aiddir - bank hesabı  haqqında arayış (hesab haqqında tam məlumat olmalıdır, ingilis dilində) və son 6 ayın çıxarışı.

7) Aşağıdakı sənədlərin surəti zəruridir:

1. xarici pasport (ərizəçi haqqında məlumat və onun imzası olan səhifə(lər) və son üç 3 ildə şengen vizaların surətləri, əgər varsa;

2. şəxsiyyət vəsiqəsi;

3. Şengen vizası üçün tibbi sığorta (ehtiyac olduğu halda, 4cü bəndə uyğun olaraq);

4. təyyarə bileti;

5. həyat yoldaşı ilə gedirsə, nigah haqqında şəhadətnamənin surəti, notariusda ingilis dilinə tərcümə və təsdiq olunmuş.

Bütün sənədlərin sürəti A4 variantında olmalıdır.

Macarıstandan  göndərilən sənədlər skan (çap edilmiş) formasında qəbul oluna bilər.

Macarıstan Səfirliyinin Konsulluq Şöbəsi yalnız sənədləri qəbul edir və onları Macarıstanın Miqrasiya Şöbəsinə göndərir. Beləliklə, viza il bağlı qərar Macarıstan Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən deyil, Macarıstanın Miqrasiya Şöbəsi tərəfindən verilir. 

Sənədlərə baxılma müddəti ortalama bir ayadək vaxt aparır.

Macarıstanın Miqrasiya Şöbəsi əlavə sənədlər tələb edə bilər.

Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı halda, Azərbaycan Respublikasının ərazisində qanuni yaşayış icazəsi olmalıdır. Ərizəçi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayış üçün icazə haqqında sənəd təqdim edirsə, o zaman sənəd minimum 3 ay etibarlı olmalıdır.