Keresés: %s
Keresés: %s
Dyula Bentsur uşaqlar üçün sənət əsəri müsabiqəsi
Dyula Bentsur uşaqlar üçün sənət əsəri müsabiqəsi
Macarıstan ənənəvi rəngkarlıq janrlarında
Tanınmış macar rəssamı Dyula Bentsurun 100 illiyini qeyd edərək, Macarıstan Səfirliyi Nargiz Art Studio iləbirgə əməkdaşlığı və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Nərgis” jurnalı və“Libraff” kitab satış magazaların şəbəkəsinin dəstəyi çərçivəsində 6-17 yaş arasında olan Azərbaycan uşaqları üçün rəsm müsabiqəsini elan edir. Müsabiqənin məqsədi gənc nəslin marağını və yaradıcılığını təsviri sənətə yönəltməkdir. Bizim məqsədimiz pandemiyanın bu çətin dövründə Azərbaycan uşaqlarını etibarlı və faydalı fəaliyyətə həvəsləndirmək və gənc azərbaycanlılar arasında Dyula Bentsurun istedadlı davamçılarını tapmaqdır.
İştirak şərtləri
Bütün sənət əsərlərində Macarıstan haqqında tarixi bir bina, Macarıstan endemik heyvanı, coğrafi bir yer, məşhur bir şəxs, macar nağılı kimi bir element olmalıdır.
Sənət əsəri hər hansı ənənəvi rəngkarlıq janrında edilə bilər.
Fotoşəkillər, heykəllər və rəqəmsal rəsmlər və ya digər rəqəmsal şəkildə yaradılan sənət əsərləri iştirak üçün uyğun deyildir.
Rəsm siziin öz orijinal işiniz və Macarıstanla bağlılığı barədə qısa təsviri ilə olmalıdır.
YAŞ KATEGORİYALARI
Ən yaxşı 5 sənət əsəri aşağıdakı yaş kateqoriyasında qiymətləndiriləcək:
• 14-17 yaş
• 10 - 13 yaş
• 10 yaşdan aşağı
Hər sənət əsəri valideyn və ya qanuni bir nümayəndə vasitəsi ilə təqdim olunmalıdır.
MÜKAFATLAR
Bütün qaliblərə Macarıstan Səfirliyi tərəfindən verilən sertifikat və təşkilatçılar tərəfindən təqdim olunan mükafatlar veriləcəkdir.
Bütün mükafatlandırılan şəkillər Macarıstanın Bakıdakı Səfirliyi tərəfindən təşkil olunan sərgidə iştirak edəcəkdir.
İŞTİRAK HAQQI
Müsabiqədə iştirak pulsuzdur.
MÜRACİƏT
Müsabiqə sentyabrın 5-də bağlanır. İştirakçılar sənət işləri haqqında 1200x800 ölçüsündən az olmayaraq 3 şəkil aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər: sh5photocompetition@gmail.com; naraazizova@yahoo.com;
Təsdiq cavab bütün iştirakçılar üçün göndəriləcək.
Səfirliyimizin Facebook səhifəsi vasitəsilə münsiflər heyəti qalibləri seçəcək və burada da qaliblər elan olunacaq. Qaliblər sentyabrın 13-dək elan ediləcəkdir.
Qaliblər elan olunduqdan sonra şəkillərini sentyabrın 25-dək Macarıstan Səfirliyinə göndərməlidirlər (Bakı, İçərişəhər, 1004, Mirzə Mənsur küç. 72).
Digər şərtlər:
Müsabiqə Azərbaycandan 6-17 yaş arası hər bir uşaq üçün açıqdır.
Bütün müsabiqə iştirakçıları razılaşırlar ki, müsabiqəyə təqdim olunan bütün şəkillər Müsabiqəni və Sərgini tanıtmaq və reklam etmək üçün istifadə oluna bilər.
Bütün qaliblər müvafiq təşviq tədbirlərində iştirak etməyə və ödənişsiz olaraq adların, eyni zamanda qalib olmuş şəkillərin Müsabiqənin və Sərginin təşviqi və reklam edilməsi məqsədilə istifadə olunmasına razılıq verirlər.
Sərgi zamanı və ondan sonra müəllif hüquqları rəssama məxsus olaraq qalır.
Bütün təqdim edilmiş sənət işləri qaliblər barədə qərar verəcək münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Münsiflər siyahısı:
Macarıstan Səfiri Zati-aliləri Viktor Sederkenyi;
Azərbaycan Respublikasının Səfiri Zati-aliləri Vilayət Quliyev;
"Azərbaycanın əməkdar artisti" xanım Əsmər Nərimanbəyova;
Nərgiz Art Studiyasının yaradıcısı xanım Nərgiz Quliyeva;
Macarıstan Respublikası İncəsənət Fondunun və Macar İncə və Tətbiqi Rəssamlar Birliyinin üzvü xanım Ester Kneys.
Qırğızıstan Respublikasının Prezidenti və Macarıstanın Baş Naziri Türk Şurasının Nümayəndəlik Ofisindəki tədbirdə iştirak ediblər
29 sentyabr 2020-ci il tarixində Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Macarıstan Respublikasının Baş Naziri Viktor Orban Türk Şurasının Budapeştdəki Nümayəndəlik Ofisində olublar. Onlar Türk Şurasının Baş katibi Bağdad Amreyev və Nümayəndəlik Ofisinin Baş Direktoru Yanoş Hovari tərəfindən qarşılanmışdır.
Tərəflər arasında keçirilmiş görüşlər zamanı Türk Şurasının Baş katibi ali qonaqlara təşkilatın gələcək fəaliyyəti və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün davam etdirilən səylər barədə məlumat verərək, Nümayəndəlik Ofisinə Dövlət və Hökumət Başçıları səviyyəsində həyata keçirilmiş birinci ziyarətin Türk Şurası üçün qürur mənbəyi olduğunu vurğulamışdır.
Baş katib Nümayəndəlik Ofisinin Macarıstan, Türk Şurası və Avropadakı beynəlxalq təşkilatlar arasında əməkdaşlıq imkanı yaratmaqda xüsusi roluna diqqət çəkmiş və Türk Şurasının 3 sentyabr 2018-ci il tarixində Qırğızıstanda keçirilmiş VI Zirvə Görüşü zamanı Macarıstanın müşahidəçi statusu əldə etməsini tarixi hadisə kimi qiymətləndirmişdir.
Baş Nazir Viktor Orban Türk Şurasının Avropa məkanında müxtəlif təsisatlar vasitəsilə nüfuzunun artırılmasında Macarıstanın daha da töhfə verməyə hazır olduğunu bildirmişdir.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Türk Şurasının Nümayəndəlik Ofisinin fəaliyyətə başlamasının əhəmiyyətə malik olduğunu, türk dünyası və Avropa arasında çoxşahəli əməkdaşlığın möhkəmləndirilməsində Ofisin xüsusi rol oynayacağını qeyd etmişdir. Həmçinin, Qırğız Respublikasının Prezidenti türk dövlətləri ilə əlaqələri möhkəmləndirmək üçün göstərdiyi səylərə görə Macarıstanın Baş Nazirinə minnətdarlığını bildirərək, tərəflər arasındakı mövcud münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirmişdir.
Görüş zamanı, həmçinin Türk Şurası çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə, Birgə İnvestisiya Fondunun təsis olunması və qarşıdan gələn zirvə görüşünə dair fikir mübadiləsi aparılmışdır.
Həmçinin, qonaqlar Qırğızıstanın görkəmli yazıçısı Çingiz Aytmatova həsr olunmuş rəsm sərgisinin açılış mərasimində iştirak etmişdir. Tədbir zamanı görkəmli yazıçının yaradıcılığı və fəaliyyətinə dair türkoloq David Şomfay Kara məruzə ilə çıxış etmişdir.
16 Avqust 2021-ci ildə Macarıstanın Səfirliyi Şengen vizası üçün müraciətlərin qəbuluna və viza verilməsinə
16 Avqust 2021-ci ildə Macarıstanın Bakıdakı Səfirliyi Şengen vizası üçün müraciətlərin qəbuluna və viza verilməsinə, Macarıstan, müstəsna olaraq, yeganə və ya əsas təyinat ölkəsi olan hallarda bərpa edəcək.
Viza üçün müraciət etmək üçün tələb olunan sənədlər Macarıstan Səfirliyinin saytında xüsusi şərtlərlə təqdgöstərilir. Bu şərtlərə əsasən, ərizəçi Macarıstana daxil olmaq və qalmaq məqsədilə ödənişli səyahət bileti və yaşayış yeri təqdim etməlidir.
Macarıstan əsas təyinat ölkəsi olmadığı təqdirdə, ərizəçi ziyarət etmək niyyətində olduğu halda, üçüncü ölkənin xarici nümayəndəliyindən giriş qaydaları və şərtləri haqqında məlumatı almalıdır, çünki bu ölkəyə daxil olarkan Şengen vizası müstəsna tələb kimi olmaya bilər. Üçüncü bir ölkəyə daxil olarkən şərtləri öyrənmək ərizəçinin məsuliyyətidir və onunla bağlı hərəkətsizliyin nəticəsində yaranan hər hansı bir maddi ziyana görə ərizəçi özü məsuliyyət daşıyır.
Macarıstana giriş halında, etibarlı vizanın olunması ilə əlavə olaraq, Macarıstana giriş tarixindən 72 saatdan tez olmayaraq ingilis və ya macar dilində verilən mənfi PCR testinin tələb olunduğunu nəzərə almaq lazımdır.
Schengen vizalar haqqında daha ətraflı məlumat almaq üçün Macarıstan Səfirlyinin web saytını və ya BLS International MMC - ni ziyarət edə bilərsiniz.
Elektron görüş sisteminin işə salınması
Hörmətli Ərizəçilər,
Macarıstan Səfirliyinin Şengen "C" tipli vizanın alınması üçün müraciət etmək üçün elektron rezervasiya sistemi 18 oktyabr 2021 -ci ildən etibarən fəaliyyət göstərir. Görüş vaxtını almaq üçün https://konzinfobooking.mfa.gov.hu saytına daxil olaraq rezervasiya sistemindən istifadə etməyinizi xahiş edirik.
Uzun müddətli "D" tipli vizanın alınması ilə bağlı müraciətlərə görə lazımı sənədləri pdf formatında təqdim etmə mövcud prosedur saxlanılır. Bununla bağlı, xahiş olunur, bizim veb saytımızdakı təlimatları izləyin: https://baku.mfa.gov.hu/eng/page/procedure-for-applying-long-term-visa-d
Macarıstanın Bakıdakı Səfirliyi həmçinin müraciət edənlərin diqqətini BLS International MMC -nin ofisində Şengen vizası üçün müraciət etmək mümkünlüyünə cəlb edir. BLS International-da vizanın alınması üçün müraciət etmək üçün, ərizəçilər https://blshungary-azerbaijan.com/english/bookappointment.php linkinə daxil olaraq görüş vaxtını ala bilərlər.
Digər BLS International əlaqə məlumatları: Dalğa Plaza, Neftçilər prospekti. 24, Bakı, AZ1000, Azərbaycan; Tel .: +994 12 511 1218; E-poçt: support@blshungary-azerbaijan.com
Sizi bütün digər suallar üçün Səfirliyimizin onlayn sifariş sistemindən (https://konzinfobooking.mfa.gov.hu) istifadə etməyə dəvət edirik. Fövqəladə hallarda e -poçt və ya telefonla bizimlə əlaqə saxlayın.
Bakıda Macarıstan Universiteti Forumu və məzunların görüşü
14-17 oktyabr 2021-ci il tarixlərində Macarıstanın yeddi universitetinin (ELTE, BGE, Szeged, Pécs, Miskolc, kənd təsərrüfatı, həyat elmləri və baytarlıq universitetləri) nümayəndələri Azərbaycandakı tərəfdaş qurumlarla əməkdaşlıq imkanlarını müzakirə etdilər. Proqram Tempus Fondunun dəstəyi ilə Macarıstanın Bakıdakı Səfirliyi tərəfindən təşkil edilib.
Proqram çərçivəsində, oktyabrın 14 -də Macarıstan nümayəndə heyəti Gəncədə olub, burada üç yerli universitetin (dövlət, kənd təsərrüfatı və texniki) fəaliyyəti və orada aparılan tədqiqatlar barədə məlumatlandırılıb. Oktyabrın 15 -də səhər saatlarında daha sonra müzakirələr aparıldı və Bakının səkkiz universitetinə səfər edildi. Azərbaycanın tərəfdaş universitetləri bütün fənləri (mühəndislik, neft, humanitar, iqtisadiyyat, turizm, tibb) əhatə edirdi. Günün ikinci yarısında Begin Group Bakı Beynəlxalq Təhsil Sərgisində yüzlərlə maraqlanan qonaq Macarıstan Səfirliyi və Tempus Fondunun birgə masasına, eləcə də Macarıstan universitetlərinin stendlərinə toplaşdı. Oktyabrın 16 -da proqram Macarıstanda məzun olmuş tələbələrin və bir neçə tələbə dərnəyinin rəhbərlərinin iştirakı ilə bir məzun görüşü ilə davam etdi. Dörd günlük səfər Macarıstanın rok qrupu Kerekes Band tərəfindən yüksək müvəffəqiyyətli bir konsertlə tamamlandı.
Son illər ərzində Macarıstanla Azərbaycan arasında təhsil əlaqələri dinamik şəkildə inkişaf edir. Hal -hazırda Macarıstanda 1000 -ə yaxın azərbaycanlı tələbə təhsil alır, əksəriyyəti Stipendium Hungaricum təqaüd proqramından faydalananlardır. Proqram üçün müraciətlərin bu ilin noyabr ayının ortalarında elan ediləcəyi gözlənilir.
Səfər zamanı Seged Universiteti ilə Gəncə Kənd Təsərrüfatı Universiteti arasında, Miskolc Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq müqavilələri imzalanmışdır.
Macarıstanın sərvətləri Heydər Əliyev Hava Limanında
Macarıstan Səfirliyi AZAL-ın dəstəyi ilə cənab Aydın Sadıxovun Macarıstanın Milli Gününə, eləcə də Bakı ilə Budapeşt arasında birbaşa aviareysin bərpasına həsr olunmuş “Macarıstanın sərvətləri” fotosərgisini təqdim etmək istəyir.
Azərbaycanlı fotoqraf, Macarıstanın Bürünc Ləyaqat Xaçı mükafatının sahibi Aydın Sadıxov artıq Azərbaycanda və Avropada bir neçə foto sərgi təşkil edib. Bu il cənab Sadıxov “Macarıstanın sərvətləri” adlı fotoşəkillərindən ibarət yeni sərgisini təqdim edir. Bu seçim cənab Sadıxovun Macarıstanı kəşf etməsində növbəti addımdır.
Macarıstan zəngin mədəni və tarixi irsə malik Avropanın ən maraqlı və heyrətamiz gözəl ölkələrindən biridir. Macarıstan, mistik əfsanələri ilə dolu çoxlu sayda qəsrlərə və qalalara, saraylara və təkrarolunmaz arxitekturaya malik qədim evlərə, gözəl təbii qoruqlara və, təbii ki, çoxlu maraqlı mədəni adətlərə malikdir. Bu mədəni layihənin məqsədi sərgi ziyarətçilərini Macarıstan şəhərlərinin nadir tarixi və mədəni yerləri ilə tanış etməkdir. Sərgidə cənab Aydın Sadıxovun Macarıstana müxtəlif səfərlərindən, o cümlədən Budapeşt, Eger, Esterqon, Dyör, Mişkolts, Şopron, Seqed, Vişeqraddan ibarət on səkkiz foto işi təqdim olunur. Saray, qəsr, qala, kilsə, ev, abidə və adət-ənənələr daxil olmaqla, bütün tarixi-mədəni abidələr ölkəmiz üçün əvəzsiz və mühüm sərvətlərdir.
Bizim gözləntimiz budur ki, “Macarıstanın xəzinələri” sərgisi ölkələrimiz arasında gözəl və dostluq münasibətlərinə diqqəti cəlb edəcək və Azərbaycan vətəndaşlarını Macarıstana səfər edənlərin sayının artmasına qoşulmağa ilhamlandıracaqdır. Sərgi Heydər Əliyev Hava Limanında 25 oktyabr - 7 noyabr 2021-ci il tarixlərində açılacaq.
Macarıstan Səfirliyi Heydər Əliyev Hava Limanının rəhbərliyinə sərgi üçün yerin pulsuz və heç bir təzminat ödənilmədən ayrılmasına göstərdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirir.
Bayram mövsümündə viza müraciətləri
Hörmətli Viza Müraciətçiləri,
bununla Sizə bildiririk ki, bayram mövsümü ilə əlaqədar olaraq Macarıstanın Bakıdakı Səfirliyində və BLS İnternational MMC-də 15 dekabr 2021-ci il və ondan sonraki tarixlərinə təqdim olunan “C” viza müraciətlərinə yalnız 3 yanvar tarixindən sonra qərar veriləcək 2022. Yalnız 2021-ci il dekabrın 14-nə qədər təqdim edilən viza müraciətlərin qərarı bu ilin sonuna kimi veriləcək.
Viza prosedurunun 15 gün çəkə biləcəyini diqqətinizə çatdırırıq. Səyahətinizi planlaşdırarkən və viza üçün müraciət edərkən bunu nəzərə alın.
22.01.2022 tarixindən etibarən viza rüsumlarında dəyişikliklər
Macarıstan Daxili İşlər Nazirliyinin qərarına əsasən, 22.01.2022-ci il tarixindən etibarən viza, yaşayış icazəsi, immiqrant və daimi statusu təsdiq edən sənədlərin alınması proseduru ilə bağlı inzibati xidmətlər üçün rüsum dəyişəcək.
Viza rüsumları
1. Diplomatik nümayəndəliyə müraciət edildiyi təqdirdə üç aya qədər qalmaq hüququ ilə vizadan imtina və ya ləğvetmə qərarından şikayətə görə rüsum (Visa "C"): 160 avro (30 avrodan)
Yaşayış icazəsinin alınması ilə bağlı inzibati xidmətlərə görə ödəniş
2. Yaşayış icazəsi və yaşayış icazəsi almaq hüququ verən vizanın verilməsi proseduru üçün rüsum: 110 avro (60-dan)
3. Yaşayış icazəsi və yaşayış icazəsi almaq hüququ verən vizanın verilməsi qərarından şikayətə görə rüsum, xarici nümayəndəliyə təqdim edildikdə: 160 avro (20 avrodan)
4. İşgüzar səfər üçün müraciət edərkən yaşayış sənədinin dəyişdirilməsi və yaşayış icazəsinin verilməsi proseduru üçün rüsum: 90 avro (60-dan)
İmmiqrant və ya daimi statusu təsdiq edən sənədlərlə bağlı inzibati xidmətlər üçün ödəniş
5. Nümayəndəliyə müraciət edildikdə milli daimi yaşayış icazəsinin verilməsi proseduru üçün rüsum: 110 avro (60-dan)
6. İşgüzar səfər üçün müraciət edərkən yaşayış sənədinin dəyişdirilməsi və yaşayış icazəsinin verilməsi proseduru üçün rüsum: 90 avro (60-dan)
7. Xarici nümayəndəliyə müraciət edərkən daimi milli yaşayış icazəsinin uzadılması proseduru üçün rüsum: 60 avro (30-dan)
Vışeqrad regionu Azərbaycan startaplarını dəstəkləyir!
Vışeqrad regionu Azərbaycan startaplarını dəstəkləyir!
Azərbaycanın ən yaxşı gənc komandaları, startapları və şirkətləri indi Varşava, Praqa, Budapeşt və Bratislava kimi beynəlxalq investisiya səhnələrində yer ala bilərlər. Bütün bunlar Aİ-nin aparıcı tərəfdaşları (akseleratorlar, VC fondları, biznes mələkləri və s.) ilə görüşə biləcək qlobal ambisiyaları olan innovatorlar üçün yeni 1,5 illik proqram olan V4-Azerbaijan Tech Bridge sayəsindədir.
V4-Azerbaijan Tech Bridge layihəsinin məqsədi Azərbaycan startapçılarının və innovatorlarının potensialını Aİ iştirakçıları ilə birləşdirərək Vişeqrad Qrupu (Çexiya, Macarıstan, Polşa, Slovakiya) və Azərbaycan arasında innovasiyalar sahəsində əməkdaşlığı qurmaq və gücləndirməkdir, yəni innovasiya mərkəzləri, özəl investorlar, venture capital fondları və yenilik axtaran korporasiyalar kimi startup ekosistemləri.
Layihə bir tərəfdən Vişeqrad Qrupundan olan tərəfdaşlar (investorlar, akseleratorlar, mələklər, mentorlar və s.), digər tərəfdən isə Azərbaycan startapları və innovatorları arasında yeni şəbəkə platforması yaradır. Layihəyə bir sıra görüşlər, təlim sessiyaları, təkmilləşdirmə proqramı, demoday-lər, şəbəkələşmə, post-akselerasiya və nəhayət, 2023-cü ildə Bakıda keçiriləcək V4-Azərbaycan Startap Sammiti daxildir. Layihə ən yaxşı V4 texnologiya şəhərlərində onlayn rejimdə həyata keçirilən 8 regional bölmədən ibarət olacaq və bu 8 şəhərin potensialını və bütün V4 ekosistemini Azərbaycandan olan gənc, innovativ istedadlar üçün imkanlar baxımından təqdim edəcək. Azərbaycanın 20 ən perspektivli startap komandası Gəncədə keçiriləcək onlayn yarımfinala dəvət olunacaq və burada layihənin münsiflər heyəti Bakıda keçiriləcək startap qala tədbirində (2023) iştirak etmək üçün ən yaxşı 10 startapı seçəcək.
Layihə Polşa Respublikasının Bakıdakı Səfirliyinin təşəbbüsü ilə başladı və Beynəlxalq Vişeqrad Fondundan (V4F) maliyyə vəsaiti aldı. Təşəbbüs Vişeqrad Qrupundan 4 Tərəfdaşdan ibarət konsorsium tərəfindən həyata keçiriləcək: Startup Hub Poland Foundation (Polşa, layihə rəhbəri), AI Startup Incubator (Çexiya), CEU iLab (Macarıstan), CIVITTA (Slovakiya) və IdealHub Innovation and Technology Center (Azərbaycan) əməkdaşlığı ilə.
Layihə Vişeqrad ölkələrinin Bakıdakı bütün səfirlikləri tərəfindən dəstəklənir: Çexiya Səfirliyi, Macarıstan Səfirliyi, Polşa Səfirliyi və Slovakiya Səfirliyi.
NİYƏ POLŞA VƏ VİSEQRAD BÖLGƏSİ?
“Mərkəzi və Şərqi Avropa böyük potensiala malik Aİ-nin ən sürətlə inkişaf edən regionlarından biridir. V4 layihəsinin iştirakçısı kimi mən birbaşa inkişaf edən startap ekosistemi ilə tanış ola bildim. Bu ölkələr çox maraqlı imkanlar yaradır, həm akselerasiya proqramları ilə, həm mentorluqla, həm ilkin mərhələdə start-uplar üçün VC maliyyələşdirməsiləri iıə, həm də böyük uğur qazanan sahibkarlardan məsləhətləri ilə, çünki onların bir necə uğurlu startapları var və hazırda bir neçə “unicorn”ları artıq mövcuddur” - Azərbaycan və ABŞ arasında fəaliyyət göstərən startapçı Sanya Kumari deyir.
Necə işləyir?
Bu il fevralın 28-dək Azərbaycan startapları Varşavada Startup Hub Poland tərəfindən təşkil olunan bu tamamilə yeni formatın birinci fəsli üçün layihənin internet saytında (startuphub.pl/V4-azerbaijan/) müraciət edə bilərlər. Seçilmiş 10 komanda aprelin 7-də Demoday-dən əvvəlki 2 günlük qısa onlayn təlim düşərgəsində (10 və 11 mart) iştirak edəcək. Qaliblər 2023-cü ilin iyununda Bakıda keçiriləcək V4-Azərbaycan Startap Sammiti adlı möhtəşəm qala tədbirinə namizəd olaraq iştirak edəcək
“Varşavadan başlayaraq, Vişeqrad bölgəsi ümumilikdə 8 oxşar bölüm keçirdəcək. Avropa İttifaqının ən sürətlə inkişaf edən startap regionu olan Çexiya, Macarıstan, Slovakiya və Polşanın ən canlı texnopolislərində. Hal-hazırda buralarda unicorn partlaması baş verir və mən Azərbaycanın bu imkanlardan istifadə etməməsi üçün heç bir səbəb görmürəm”, - Startup Hub Poland-ın sədri Maciej Sadowski deyir.
V4-Azerbaijan Tech Bridge, praktiki seminarlar və şəbəkələşmə ilə dolu 8 onlayn bölmədən (hər bölümə 10 fərqli Azərbaycan startapı; cəmi 80) əlavə olaraq Azərbaycanda iki tədbir yer tutacaq. 2023-cü ilin mayında Gəncədə ən ilhamlı 20 startap üçün onlayn yarımfinal və 10 ən üstün komanda üçün Bakıda layihənin Finalı (V4-Azərbaycan Startap Sammiti). Təşkilatçılar Qərbi Venture Capital fondlarını Bakıya dəvət edəcəkler, onlara ən yaxşı Azərbaycan startaplarını təqdim etmək və Azərbaycan startaplarına sərmayə yatırmaq üçün.
“Vışeqrad bölgəsinin dörd aparıcı startap təşkilatı Azərbaycandan olan həmkarlarına səhnədə yaxşı ad qazanmağa kömək edəcək. Bu geniş beynəlxalq layihənin məqsədi hamını öyrətmək, lakin ən üst səviyyəliləri olanları vurğulamaqdır . Avropalı investorlar Azərbaycanı indi kəşf edirlər. Qlobal oyunçu olmaq üçün dəstəyi gözləyən cəlbedici biznes konsepsiyaları təqdim edərək onları bu ölkəyə tanıtmağdan daha yaxşı yolu yoxdur. Digər tərəfdən, bu layihə Azərbaycanın istedadlı komandaları tərəfindən təklif olunan innovativ layihələrə başlamaq və inkişaf etdirmək üçün əlverişli yer kimi Vişeqrad Qrupu ölkələrinin startap ekosistemlərini təşviq edəcək”, - Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski vurğulayıb.
“Avropanın ən zəngin mərkəzlərinin yanında yaranan və açıqlığı, infrastrukturu, qlobal əlaqələri və investisiya imkanları ilə xaricdən ən böyük texnoloji istedadları cəlb edən texnoloji və investisiya nöqtəsi var. Bu, hər bir investor və yaxşı startap üçün növbəti yer olan Vişeqrad bölgəsidir” - I SHP-nin Proqram Direktoru Katarzyna Skoneczna bildirir. “VC-lərin gözləri Polşaya və onun qonşularına yönəldildikdə, indi Mərkəzi və Şərqi Avropada iş görmək ücün ən uyqun zamandir.” - Katarzyna əlavə edir.
Layihə Varşavada ilk 10 startap üçün təlim düşərgəsi ilə başlayır və martın 10-u yerli vaxtı ilə (CET) 12:00-da planlaşdırılır. Layihələrin qəbulu bu il fevralın 28-i Varşava vaxtı ilə gecə yarısı başa çatır.
Aİ-dən investisiyalar və biznes tərəfdaşları ilə maraqlanan bütün startaplar buraya müraciət etməlidirlər.
Potensial tərəfdaşlar, investorlar, media və digər tərəflər buradan istifadə edərək təşkilatçılarla əlaqə saxlaya bilərlər
ƏHƏMİYYƏTLİ TARİXLƏR:
- 28 fevral 2022-ci il, Varşava vaxtı (CET) ilə 23:59-a qədər - layihənin birinci, Varşava bölümü üçün Azərbaycan startaplarının qəbulu üçün son tarix.
- 07.03.2022 - birinci fəsildə iştirak etmək üçün 10 seçilmiş startapın elanı.
- 10 mart, 11 mart 2022 - ilk 10 startap üçün iki günlük onlayn təlim
- 7 aprel 2022 - Birinci fəsildə iştirak etmək üçün seçilmiş 10 startap üçün onlayn Demoday.
- Aprel 2022 - Mart 2023 - qalan 70 startap üçün 7 yerli bölmə (hər bölüm üçün 10 fərqli startap)
- May 2023 - Gəncədə 20 startapın yarımfinalları (onlayn)
- İyun 2023 - Layihədə seçilmiş 10 ən yaxşı startapın iştirakı ilə Bakıda V4 Azərbaycan Startap Sammiti.
Layihənin saytında daha ətraflı oxuyun: startuphub.pl/V4-azerbaijan/
Proqramın infoqrafikasına nəzər salın: https://bit.ly/3oNYBPd
V4ATB startapları proqramın Budapeşt bölümünə müraciət etməyə çağırır və ictimaiyyəti Praqada onlayn Demo Gününə dəvət edir
Azərbaycandan olan startaplar üçün Avropanın əsas proqramı - V4-Azerbaijan Tech Bridge (#V4ATB) irəliləyir. 10 ən yaxşı Azərbaycan startapı 2023-cü ildə Baku Grande Finale mərhələsində iştirak etmək üçün, Aİ-nın VC insayderləri qarşısında çıxış etmək üçün mübarizə aparırlar, Növbəti Vışeqrad regional texnopolisi - Budapeşt - yeni azərbaycanlı startap rəqibləri üçün müraciətlər üçün son çağırışını edir.
Çərşənbə günü, mayın 25-də, Praqa onlayn Bootcamp-ı bitirən Azərbaycanlı 10 ən yaxşı startap, Xəzərin ən yaxşı innovatorlarını işıqlandırmaq məqsədi daşıyan bu pan-Avropa proqramının ikinci Demo günündə öz biznes konsepsiyalarını və Azərbaycan ekosistem potensialını təqdim edəcəklər. Proqram Azərbaycan, Polşa, Slovakiya, Çexiya və Macarıstanın startap ekosistemləri arasında daha güclü əlaqələri formalaşdırır. 25 May – Praqadakı Demo Günü – əslində təkcə seçilmiş startaplar üçün deyil, Azərbaycan və Aİ-dən olan yüksək texnologiyalı bizneslərin bütün insayderləri üçün əla şəbəkələşmə imkanıdır. Hər kəs qeydiyyatdan keçdikdən sonra DemoDay-da iştirak edə bilər - buradan.
“Biz inanırıq ki, Azərbaycanın dinamik inkişaf edən startap ekosisteminin potensialı və istedadlı azərbaycanlı innovatorlar ilə Çexiyada, eləcə də bütövlükdə Aİ-da uğurlu startapın necə qurulacağına dair köklü bilgiləndirmə ilə birləşməsi ölkələrimiz üçün təkan ola bilər, sürətlə qloballaşan iqtisadiyyatda” – Startup Hub Poland-ın baş direktoru Maciej Sadowski bildirib.
Biofactants, New source of energy, CakCuk, DesTech, Keen Mask, Fushka, Hirelamp, İZZİ, Studylet , Voicedocs - bu 10 layihə Çexiyada innovativ biznesin aparılmasına dair məsləhətlər və fəndlər üzrə, Praqada ətraflı təlim almışdılar. Beynəlxalq ekspertlər - Venture Capital-ın toplanması, texnoloji unikallığın əhəmiyyəti və ya satış təlimi kimi mövzular, təlim proqramımız çərçivəsində yaxşılaşdırmaq istədiyimiz mövzuların bir neçə nümunəsidir” – Startup Hub Poland-ın İcma Meneceri Sofia Drobychevskaya bildirdi. “Startaplar Budapeşt fəslində 10 yeni görkəmli liderləri gözləyir” – Drobychevskaya əlavə edib.
Növbəti bölüm: Budapeşt
Macarıstan startapların sürətləndirilməsi baxımından regionun ən inkişaf etmiş ölkələrindən biridir. "Biz CEU iLab-da Azərbaycan innovatorları üçün Macarıstanın yüksək texnoloji və investisiya ekosisteminin qapılarını açmağa şadıq. Startapları sürətləndirən geniş təcrübəmiz, mentorlarımızın təcrübəsi, təsisçi icmamızın və investor əlaqələrimizin gücü və korporativ əlaqələr CEU iLab-ı Azərbaycandan Macarıstana və Avstriyaya ordanda Aİ-nın qalan hissəsinə biznesin genişləndirilməsinə başlamaq üçün mükəmməl yerə çevirir" - Mərkəzi Avropa Universitetinin InnovationsLab direktoru Andrea Kozma deyib.
“2000-ci ildə Vışeqrad əməkdaşlığının simvolik təsisatı kimi insanlar arasında münasibətləri inkişaf etdirən Beynəlxalq Vışeqrad Fondu vətəndaş cəmiyyəti nümayəndələrinə Mərkəzi Avropa, Şərq Tərəfdaşlığı regionu və Qərbi Balkanlarda 6000-dən çox ümumi layihə həyata keçirməyə imkan yaratmışdır, tələbələrimiz, alimlərimiz, novatorlarımız, rəssamlarımız, eləcə də yerli hakimiyyət orqanları arasında çevikliyi və əməkdaşlığı gücləndirməyə dair. Regionda gənc sahibkarlar və ekspertlər arasında innovasiyaların və əlaqələrin təkmilləşdirilməsi Macarıstanın hazırkı Sədrliyinin proqramına da daxil edilmiş ənənəvi V4 Qrupu üçün prioritetdir. Biz V4-Azerbaijan Tech Bridge-in (#V4ATB) bütün iştirakçılarını ürəkdən salamlayırıq” – Macarıstanın Azərbaycandakı Səfiri Viktor Szederkenyi bildirdi.
"Startaplar iqtisadiyyatlarımızın gələcəyinin əsasını təşkil edir. IdealHub müxtəlif sosial mənşəli bir çox insan üçün həyatı dəyişdirəcək və imkanlar yaradacaq bir vizyona malikdir. Bu, uzunmüddətli bir oyundur, lakin bizdə lazım olan hər şey var: bir necə çox perspektivli startaplar, yaxşı komanda, çox etibarlı dostlar və bizim fikirlərimizi və istəklərimizi bölüşən tərəfdaşlar. Hələlik startapları uzun bir yol gözləyir.Lakin çox yaxında, 2023-cü ildə Baku Grand Finale sammitində qalibləri təbrik etməkdən məmnunluq və şərəf duyacağıq” – İdealHub İnnovasiya və Texnologiya Mərkəzinin təsisçisi və yaradıcısı Tural Kərimli vurğulayıb.
"Biz bu qapıları mayın 23-nə qədər açıq saxlayırıq, ona görə də kimsə bu fürsəti bilməli və bizə müraciət etməli olan iddialı startap təsisçisini tanıyırsa, bütün məlumat startuphub.pl/V4-azerbaijan/ saytında mövcuddur" - Drobychevskaya yekunlaşdırıb.
Proqram haqqında: startuphub.pl/V4-azerbaijan/
Vacib linklər:
Startaplar üçün Budapeşt çağırışı üçün qeydiyyat forması (Son tarix 23 May) bu linklə.
Praqada Demo Gününə (25 may Praqa vaxtı ilə saat 12.00, Bakı vaxtı ilə saat 14.00) Azərbaycandan olan venture capital-lar və korporasiyalı qonaqlar üçün qeydiyyat forması bu linklə.
İcma tərəfdaşları kimi proqrama qoşulmaq istəyən QHT-lər, vençur kapitalı fondları, startap sürətləndiriciləri, inkubatorlar və universitetlər bu link altında #V4ATB təşkilatçısı olan Startup Hub Poland ilə əlaqə saxlaya bilərlər link.
Layihə Çexiya, Macarıstan, Polşa və Slovakiya hökumətləri tərəfindən Beynəlxalq Vışeqrad Fondunun Vışeqrad Qrantları vasitəsilə birgə maliyyələşdirilir. Fondun missiyası Mərkəzi Avropada davamlı regional əməkdaşlıq üçün ideyaları irəli sürməkdir.
Səfirin etimadnaməsinin təqdimatı
Sentyabrın 19-da İlham Əliyev Macarıstanın Azərbaycanda yeni təyin olunan səfiri Tamaş Tormanın etimadnaməsini qəbul edib.